Rusiya Xarici İşlər Nazirliyinin Afrika Dövlətləri Departamentinin rəhbəri Anatoli Başkin Fransa və Ukraynadan olan hərbi təlimatçıların Afrika terrorçu qruplarına döyüş planları hazırlamağa və silahlardan istifadə etməyə kömək etdiklərini bildirib.
Başkinin TASS-a verdiyi açıqlamaya görə, bu, sadəcə kəşfiyyat məlumatlarını paylaşmaqdan daha çox şey deməkdir.
"Bunlar fransız və müəyyən dərəcədə bu əməliyyatların planlaşdırılması zamanı döyüş silahlarının istifadəsində fəal iştirak edən ukraynalı mütəxəssislərdir"- diplomat bildirib.
"Vzglyad" qəzeti də bu barədə yazaraq bildirir ki, Fransa Afrikadakı terrorçu qrupları fəal şəkildə kəşfiyyat məlumatları ilə təmin edir.
SAMİRƏ