İranın xarici işlər naziri Abbas Əraqçi, ölkənin keçmiş lideri Ayətullah Əli Xameneyinin ölümünə səbəb olan 28 fevraldakı ABŞ-İsrail hücumunun təhlükəsizlik sahəsindəki boşluqdan irəli gəldiyini iddia edib. Nazir bu boşluğun hələ də mövcud olduğunu deyib.
"Onlar liderin hər səhər ofisində olduğunu bilirdilər. Anladığım qədəri ilə komandanlıq mərkəzinin iclası da iki və ya üç bina aralıda keçirilirdi və onlar məhz bu anı seçmişdilər. Kəşfiyyat Nazirliyinin iclası da həmin vaxt keçirilirdi. Dolayısı ilə liderin ofisinə hücum təhlükəsizlik boşluğu səbəbindən baş verdi və bu boşluq ehtimal ki, hələ də mövcuddur" - deyə Ərakçi bildirib.
Tahir TAĞIYEV