Rusiya Kiyevə zərbələr endirərək Amerika və Almaniya şirkətlərinin anbarlarını dağıdıb.
Yerli medianın verdiyi məlumata görə, Rusiya qoşunları Kiyev bölgəsinə hücum edərək Buça yaxınlığındakı anbarlara və logistika obyektlərinə zərbələr endirib və mülki infrastruktur genişmiqyaslı dağıntılara məruz qalıb.
Zərər çəkmiş obyektlər arasında Amerika şirkətinə məxsus anbarın da olduğu qeyd edilir.
Bundan əlavə, Rusiyanın hücumu zamanı paytaxtın Svyatopetrovskoye və Beloqorodka ətrafı əraziləri arasındakı sərhəddə yerləşən böyük bir ərzaq anbarına zərbə endirildiyi bildirilib. Ən azı üç əsas təchizatçının məhsulları orada saxlanılırmış. İlkin məlumata görə, Almaniyanın METRO Cash and Carry şəbəkəsi də zərbə alan şirkətlər arasında olub.
Bildirilir ki, yanğınsöndürmə əməliyyatına 200-dən çox yanğınsöndürən, 73 yanğınsöndürmə texnikası və üç helikopter cəlb olunub.
Tahir TAĞIYEV