İordaniya hakimiyyəti təhlükə səbəbindən Əqəbə şəhərindəki Kral Hüseyn Beynəlxalq Hava Limanını və dəniz limanını təxliyə edib. ABŞ-ın İordaniyadakı səfirliyi bütün amerikalıları hava limanına və ya dəniz limanına səyahət etməkdən çəkinməyə çağırıb.
"İordaniya hakimiyyət orqanlarının bütün təhlükəsizlik təlimatlarına əməl etməyə davam edin. ABŞ səfirliyi bütün amerikalılara İordaniyadakı hərbi bazalara səyahət etməməyi tövsiyə edir".
"İctimai toplantılardan çəkinin, yerli medianı izləyin və yerli hökumətin təlimatlarına əməl edin. ABŞ-la əlaqəli ərazilərdə ehtiyatlı olun və sayıq olun. Lazımsız diqqəti cəlb etməkdən çəkinin" – deyə səfirliyin xəbərdarlığında qeyd edilib.
Onu da qeyd edək ki, İran ABŞ-ın hücumlarına cavab olaraq, İordaniyadakı Amerika bazalarına zərbələr endirir.
Tahir TAĞIYEV