ABŞ prezidenti Donald Tramp İranın İslamabad razılaşmasına əməl etməyəcəyini açıqlamasının "onu maraqlandırmadığını" bildirib.
Tramp İordaniyada iki ABŞ əsgərinin ölümü ilə nəticələnən hücumlarla bağlı Amerika mətbuatına açıqlama verib. Tramp əsgərlərin ölümünün "çox kədərli bir vəziyyət" olduğunu bildirib və əlavə edib ki, "müharibənin əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır".
İranın İslamabad razılaşmasına əməl etməyəcəyi sualına isə Tramp "bu məni maraqlandırmır" deyə cavab verib.
Tahir TAĞIYEV