Aprel ayında elan edilən müvəqqəti atəşkəsin bitməsindən sonra İranla ABŞ arasında yenidən başlayan qarşıdurmalar son illərin ən təhlükəli hərbi gərginliklərindən birinə çevrilib. İordaniyadakı Salti Hava Bazasına raket hücumunda iki Amerika əsgərinin bunkerdə ölümündən sonra Vaşinqton administrasiyası İrana qarşı genişmiqyaslı hava əməliyyatına başlayıb.
Pentaqon Almaniya və Britaniyadakı bazalarından Yaxın Şərqə F-16 və F-35 gizli qırıcı təyyarələri yerləşdirdiyi bildirilir.
“Wall Street Journal” qəzetinin verdiyi məlumata görə, ABŞ müdafiə rəsmiləri İranın buraxdığı yeni nəsil raketlərin texniki imkanlarından dərin narahatlıq keçirirlər.
ABŞ mediası yazır ki, Tehran rejimi özünü Pentaqonun bölgədəki radar və hava hücumundan müdafiə şəbəkələrinə tam inteqrasiya edib. Son dərəcə yüksək sürətlə hərəkət edən, yer üzərinə yaxınlaşarkən qəfil manevrlər edə bilən bu raketlərin bazanı qoruyan qabaqcıl sistemləri aşdığı müzakirə edilir.
Kəşfiyyat mənbələri həmçinin rejimin taktiki hədəf seçimi və geolokasiya proseslərində Çin və ya Rusiyadan birbaşa lojistik və texnoloji yardım almış ola biləcəyi ehtimalını da nəzərdən keçirir. Rəsmilər bildiriblər ki, İranın dəqiq hədəfləri vurmaq qabiliyyəti narahatlıq doğurur və bu rejimin Çin və ya Rusiyadan hədəf yardımı aldığını göstərir.
Tahir TAĞIYEV