Altı İsrail hərbi texnikasından ibarət bir bölmə Suriyanın cənub-qərbindəki Kuneytra əyalətinə daxil olub.
Suriyanın rəsmi xəbər agentliyi SANA-nın məlumatına görə, İsrail texnikası Quneytranın mərkəzi ərazisindəki Qudna bəndinə doğru hərəkət edir. Məlumata görə, hərbi nəqliyyat vasitələri irəliləyiş zamanı pilotsuz uçuş aparatları (PUA) ilə müşayiət olunur.
Cənubi Suriya aylardır ki, İsrailin dəfələrlə pozuntularına və sızma cəhdlərinə, o cümlədən hərbi yoxlama məntəqələrinin yaradılmasına, basqınlara, axtarışlara və həbslərə səhnə olub.
Tahir TAĞIYEV