İran ABŞ-la sülh sazişinin pozulmasından sonra Yaxın Şərqdəki ABŞ hərbi bazalarını bombalayır. Son məlumatlara görə, İran ABŞ-ın İordaniyadakı hərbi bazasını ballistik raketlər və kamikaze dronlarla hədəfə alıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) mətbuat açıqlamasında hücum nəticəsində ölən və yaralananların olduğunu bildirib.
"17 iyulda ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) və müttəfiq qüvvələri İranın ballistik raket və dron hücumlarından müdafiə olunarkən İordaniyada baş verən atışmada iki ABŞ əsgəri həlak olub, bir əsgər itkin düşüb".
Dörd amerikalı əsgər İordaniya xəstəxanalarına aparılıb. Daha sonra onlar xidmətə qaytarılıblar. Yüngül xəsarət alan əsgərlər də xidmətə dönüblər.
Ailələrə hörmət əlaməti olaraq, CENTCOM, yaxın qohumlarına xəbər verildikdən sonra 24 saat ərzində ölən döyüşçülərin şəxsiyyətləri də daxil olmaqla heç bir əlavə məlumat yaymayacaq.
Tahir TAĞIYEV