Rusiyanın onlayın satış platforması “Wildberries” anbarına edilən hücumda dəyən ziyan 100 milyard rublu keçə bilər.
Məlumata görə, “Wildberries” şirkətinin Elektrostaldakı (Moskva vilayəti) anbarlarının tutumu nəzərə alınmaqla, bugünkü yanğından dəyən ziyan 100 milyard rublu keçə bilər .
Qeyd olunur ki, Ukrayna tərəfindən Tambov bölgəsindəki mərkəzə (108 min kvadrat metr) endirilən zərbələrdən itkilərin miqyası hələ tam məlum deyil, baxmayaraq ki, oradakı yanğın artıq söndürülüb.
Ukrayna hücumu nəticəsində 7 “Wildberries” işçisi həlak olub, 24 nəfərin yaralanıb.
Tahir TAĞIYEV