Ukrayna Prezidenti Vladimir Zelenski Polşa ilə münasibətlərin normallaşdırılması səylərinin bir hissəsi olaraq, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) və Xarici Kəşfiyyat Xidmətinin Volın qırğını ilə bağlı arxivlərinin məxfiliyinin qaldırılacağını açıqlayıb.
Zelenski həmçinin bildirib ki, hadisələrlə bağlı axtarış və eksqumasiya əməliyyatları üçün daha çox icazə veriləcək və bu əməliyyatlar Ukrayna və Polşa mütəxəssisləri tərəfindən birgə həyata keçiriləcək.
1943-1944-cü illərdə Ukraynanın qərbində baş verən və on minlərlə etnik polyakın ölümünə səbəb olan Volın qırğını, Polşa tərəfindən 2016-cı ildə "soyqırım" kimi tanınıb və iki ölkə arasındakı münasibətlərdə uzun müddətdir mübahisəli məsələ olaraq qalır.
Tahir TAĞIYEV