İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi ölkəsinin ABŞ-la imzalanmış anlaşma memorandumuna əsasən öhdəliklərini dayandırdığını bildirib.
Qaribabadi ABŞ-ın anlaşma memorandumundakı bütün öhdəliklərini pozduğunu və bütün bəndlərini dayandırdığını bildirib və əlavə edib ki, ölkəsi də anlaşma memorandumunun öhdəliklərini dayandırıb və yerinə yetirmir.
Nazir müavini həmçinin vurğulayıb ki, hazırda diqqətləri ölkənin müdafiəsinə yönəlib.
Qaribabadi ABŞ-ın danışıqlar mərhələsində növbəti dəfə hücumlara başladığını bildirib və ABŞ-ın bir daha onun aqressiv mövqeyinin nəticə verməyəcəyini başa düşdüyünü və lazımi cavabı aldığını iddia edib.
Tahir TAĞIYEV