İran Küveytdə elektrik enerjisi istehsalı və su təmizləyici qurğularından birini vurub. Bu barədə Küveytin Elektrik, Su və Bərpa Olunan Enerji Nazirliyi açıqlama yayıb.
Nazirlik hücum nəticəsində obyektdə yanğın baş verdiyi və zavodun təhlükəsizliyini və elektrik şəbəkəsinin sabitliyini qorumaq üçün ehtiyat tədbiri olaraq bəzi istehsal bölmələrinin bağlandığı bildirib.
Bildirilir ki, fövqəladə hallar planlarını işə salıb və obyektdə yanğınsöndürmə və təmir işləri davam edir.
Sakinlərə elektrik enerjisi istehlakını xüsusən də saat 11:00 - 17:00 arasında azaltmaq tövsiyə olunub.
Küveyt Neft Şirkəti isə İranın hücumları nəticəsində mühüm neft obyektinə ciddi ziyan dəydiyini və xəsarət alanların olduğunu açıqlayıb.
Tahir TAĞIYEV