Ukraynadan Rusiyaya daha bir ağır zərbə - iki logistika mərkəzi və neft anbar vuruldu...
Ukrayna Prezidenti Zelenski Rusiyanın Tambov və Moskva vilayətlərində iki logistika mərkəzinə hücum edildiyini açıqlayıb.
Zelenski sosial media hesabında verdiyi açıqlamada Rusiya ordusunun Ukrayna şəhərlərinə hücumlarına cavab olaraq Rusiyadakı müəyyən hədəflərə hücumlarını davam etdirdiklərini bildirib.
Zelenski bu gecə Rusiyanın Tambov və Moskva vilayətlərindəki iki logistika mərkəzinin Ukrayna tərəfindən hədəfə alındığını bildirib: "Bunlardan təcavüzkar (Rusiya) tərəfindən dron istehsalı və naviqasiya avadanlığı üçün sanksiyalı komponentlərin tədarükü üçün istifadə olunurdu".
Zelenski qeyd edib ki, bu logistika mərkəzləri Ukrayna sərhədindən təxminən 500-700 kilometr aralıda yerləşir. Ukrayna ordusu həmçinin Rusiyadakı neft obyektini hədəfə alırlar. Zelenski, Azov dənizində, Qara dənizdə və Rusiya tərəfindən qanunsuz olaraq ilhaq edilən Krımda da hədəflərə hücumlar həyata keçirdiklərini bildirib.
Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib ki, gecə növbəsində işləyən yeddi nəfər “Wildberries” elektron ticarət platformasına məxsus logistika mərkəzinə dron zərbəsi nəticəsində həlak olub, 24 nəfər isə yaralanıb. Pervışov yaralıların müalicə aldığını bildirib və logistika mərkəzindəki yanğının nəzarət altına alındığını və söndürmə işlərinin davam etdiyini qeyd edib.
Moskva vilayətinin qubernatoru Andrey Vorobyov da bölgədəki neft anbarında dron hücumu nəticəsində yanğın baş verdiyini və hadisə yerinə təcili yardım qruplarının göndərildiyini açıqlayıb.
Şahidlər ərazidə "hərəkət etməsi çətin" və "qorxulu" görünən qalın, qara tüstü buludlarının olduğunu bildiriblər.
Vorobyov yanğın zonasının yaxınlığındakı doğum evinin təxliyə edildiyini və xəstələrin müxtəlif səhiyyə müəssisələrinə köçürüldüyünü bildirib və əlavə edib ki, dron ərazidəki başqa bir “Wildberries” anbarına düşməsi nəticəsində 24 nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyi həmçinin hava hücumundan müdafiə sistemlərinin gecə saatlarından bəri 379 Ukrayna dronunu məhv etdiyini açıqlayıb.
Tahir TAĞIYEV