Bu həftə İranın İordaniyadakı hərbi bazalara hücumları nəticəsində bir neçə ABŞ əsgərinin yaralandığı iddia edilir.
Anonimlik şərti ilə CBS News-a danışan ABŞ rəsmiləri İranın İordaniyadakı hərbi bazalara hücumlarını şərh ediblər.
Rəsmilər hücumlarda kiminsə öldüyünü dəqiqləşdirməsələr də, çoxlu sayda ABŞ əsgərinin yaralandığını iddia ediblər.
İran İnqilab Keşikçiləri Korpusu dünən ABŞ-ın İordaniyadakı bazada yerləşən qırıcı təyyarələrini və yanacaqdoldurma təyyarələrini raketlər və kamikaze dronlarla hədəf aldığını açıqlayıb. İran ordusu həmçinin 15 iyulda ABŞ əsgərlərinin və təyyarələrinin yerləşdiyi İordaniyadakı Azrak (Müvəffəq Saltı) Hava Bazasına kamikadze dron hücumu etdiyini bildirib.
Tahir TAĞIYEV