İran ABŞ-nin hücumlarına cavab olaraq bu gecə Küveyt, İordaniya və Bəhreyndəki hədəflərə raket və PUA zərbələri endirib.
İran dövlət televiziyası məlumat yayıb ki, İran ordusu Küveytdə əl-Udeyri bazasındakı sursat anbarını, Əli əs-Salim bazasındakı komanda mərkəzlərini və sursat anbarlarını, eləcə də bir neçə körpünü hədəfə alıb. Həmçinin əl-Əhmədi limanındakı ABŞ donanmasının yanacaq platformasının da vurulduğu bildirilib.
Eyni zamanda, İordaniyanın əl-Əzraq bazasındakı ABŞ ordusunun yanacaq anbarlarının PUA-larla hədəfə alındığı bildirilib.
Bəhreyndəki Şeyx İsa bazasında ABŞ hərbi təyyarələrinin müşahidə mərkəzinin də SEPAH tərəfindən vurulduğu barədə məlumat yayılıb.
ZÜMRÜD