Kanada Şimali Amerikanın ən uzun körpüsündən əldə edilən yol haqqı gəlirini ABŞ ilə bölüşməkdən imtina edib. Reuters-in məlumatına görə, bunu Baş nazir Mark Karni açıqlayıb.
Karni deyib ki, Qordi Hou körpüsü ilə bağlı Miçiqanla əsas razılaşma 2012-ci ildən - Kanada tikintini maliyyələşdirməyə razılıq verdiyi vaxtdan bəri dəyişməz olaraq qalıb. Bu razılaşmaya əsasən, Ottava layihənin xərcləri tam ödənilənə qədər bütün yol haqqı gəlirlərini toplamaq hüququna malikdir.
O əlavə edib ki, ilk 15 il ərzində Kanada texniki xidmət və qar təmizləmə də daxil olmaqla əməliyyat xərcləri çıxıldıqdan sonra xalis mənfəəti ABŞ ilə bölüşəcək.
Hər şey isə ondan başlayıb ki, ötən həftə ABŞ prezidenti Donald Tramp Vaşinqton üçün "əhəmiyyətli dərəcədə yaxşı bir razılaşma" əldə etdiyini bildirib. Bu isə siyasi rəqiblərin tənqidinə səbəb olub və onlar Karnini güzəştə getməkdə günahlandırıblar.
SAMİRƏ