Türkiyə kəşfiyyat orqanları ABŞ prezidenti Donald Trampın 7-8 iyul tarixlərində Ankaraya səfəri zamanı ona qarşı sui-qəsd cəhdinin planlaşdırıldığına dair heç bir əlamət aşkar etməyib.
Bundan əvvəl "The Wall Street Journal" (WSJ) və bir neçə İsrail mediası İsrail kəşfiyyat xidmətlərinin İranın Ankarada Trampa qarşı sui-qəsd hazırladığı iddia edilən məlumatlarla bağlı ABŞ-a məlumat ötürdüyünü bildirmişdi.
"Axios" mənbələrə istinadən xəbər verir ki, Türkiyə kəşfiyyat xidmətləri də Ankaradakı sui-qəsd təhdidi barədə məlumatlandırılıb. Lakin bütün halları araşdırdıqdan sonra Türkiyə kəşfiyyat xidmətləri Trampa qarşı heç bir sui-qəsd planının hazırlanmadığı qənaətinə gəlib.
Buna baxmayaraq, İsrailin məlumatı ABŞ kəşfiyyat orqanlarını ABŞ prezidentini qorumaq üçün əlavə təhlükəsizlik tədbirləri görməyə sövq edib. Xüsusilə, Trampın təyyarəsinin Türkiyədən qalxdıqdan sonra istiqamətinin dəyişdirilməsinə səbəb olan da məhz bu məlumat olub.
Tahir TAĞIYEV