RİA Novosti agentliyinin İranın Hörmüzqan əyalət administrasiyasının açıqlamasına istinadən verdiyi məlumata görə, bu gecə İranın cənubundakı Bəndər Lənqeh liman şəhəri ABŞ zərbəsi ilə vurulub.
Press TV-nin verdiyi məlumata görə, ABŞ-ın İranın cənubuna endirdiyi hava zərbələri nəticəsində iki nəfər ölüb, yeddi nəfər yaralanıb.
Kanalın məlumatına görə, Bəndər Xemir şəhərində iki körpü hava hücumlarına məruz qalıb. Əl-Cəzirə və Reuters İran mediasına istinadən Bəndər Abbasda rabitə qülləsinə və dəmir yolu qovşağına endirilən zərbələr barədə məlumat veriblər. Hücumdan sonra şəhərin bir hissəsi elektriksiz qalıb.
SAMİRƏ