İran xarici işlər nazirinin müavini ABŞ-ın hücumları və dəniz blokadasını yenidən tətbiq etmək cəhdlərinə görə İslamabad sazişinin qüvvədən düşdüyünü açıqlayıb.
Bundan əvvəl 180 parlament üzvü İran hakimiyyətini qətiyyətli mövqe tutmağa və Ali Rəhbər Müctəba Xameneinin müəyyən etdiyi xarici siyasət kursuna əməl etməyə çağıran birgə bəyanat yayıb.
Fars Xəbər Agentliyinin məlumatına görə, Vaşinqton administrasiyasının sazişlərə əməl etmədiyini iddia edən parlament üzvləri, ABŞ administrasiyasının öhdəliklərinin başa çatdığı barədə açıqlamasına cavab olaraq, Tehranın müqaviləni dərhal ləğv etməli olduğunu vurğulayıblar.
Bundan əlavə, parlament üzvləri İrana qarşı son cinayətlərdə məsul olanlardan "qisas" almağın vacibliyini vurğulayıblar və bu mövzuda konkret addımlar atmağın vacibliyini qeyd ediblər.
Tahir TAĞIYEV