İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) Küveytdəki ABŞ logistika mərkəzinə zərbə endirib. Bu barədə dövlət televiziya kanalı IRIB xəbər verir.
İİKK Mina Abdullah limanı yaxınlığında yerləşən "Qərbi Asiyada ABŞ ordusu üçün əsas logistika və dəstək bazası" adlandırdığı mərkəzin ABŞ-ın İrana qarşı yeni hücumlarına cavab olaraq "yandırıldığını və məhv edildiyini" iddia edib.
Küveyt Müdafiə Nazirliyi İranın Küveyt dəniz gəmisinə hücumunda dörd Küveyt hərbçisinin yaralandığını bildirib. Bundan əlavə, İranın hücumları ölkədəki bir neçə obyektdə yanğınlara səbəb olub.
SAMİRƏ