İran-ABŞ münaqişəsi şiddətlənməkdə davam edir. Gecə saatlarında Hörmüz boğazı ətrafında İran və ABŞ arasında toqquşmalar baş verib.
İranın Tasnim Xəbər Agentliyinin məlumatına görə, Hormozqan valiliyi bölgədə İran və ABŞ arasında baş verən qarşıdurmalarla bağlı gecə açıqlama yayıb.
"Bəndər Abbasda, sahil şəhərlərində və Fars körfəzindəki adalarda ara-sıra eşidilən səslər Hörmüz boğazındakı münaqişə ilə əlaqədardır. Hazırda dənizdə toqquşmalar baş verir" – deyə Hormozqan valiliyinin açıqlamasında bildirilir.
Bundan başqa, İran dövlət televiziyası ölkənin qərbindəki İlam əyalətində içməli su istehsalı müəssisəsinə üç raket atıldığını açıqlayıb.
ABŞ-ın yaydığı məlumata görə, İrana qarşı ötən gecə keçirilən əməliyyat 7 saat davam edib. İran da hücumlara cavab olaraq Küveyt, Bəhreyn və İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.
Tahir TAĞIYEV