ABŞ ordusu İranın turizm mərkəzi olan Kiş adasını hədəfə alıb.
Kiş Adası Su və Elektrik Şirkəti ABŞ-ın adanın su və elektrik infrastrukturuna hücumlar həyata keçirdiyini açıqlayıb. Tələfat və ya ziyan barədə heç bir məlumat paylaşılmayıb.
ABŞ-ın İranın Kiş adasındakı su və elektrik enerjisi istehsalı müəssisəsinin ətrafındakı ərazini hədəf alan hücumlarının elektrik enerjisi istehsal edən qurğulara ziyan vurduğu bildirilir.
Tasnim Xəbər Agentliyi Kiş Su və Elektrik Şirkətinə istinadən bildirib ki, ekspert qrupları ABŞ hücumunda hədəf alınan su və elektrik enerjisi istehsal müəssisələrinə dəyən ziyanın miqyasını araşdırır və yoxlamalardan sonra zəruri hesab edilərsə, bəzi elektrik enerjisi istehsal edən qurğular texniki xidmət və təmir üçün müvəqqəti olaraq bağlana bilər.
Zərər səbəbindən adada müvəqqəti və planlaşdırılmış elektrik kəsintilərinin qaçılmaz olduğu və kəsinti cədvəlinin daha sonra ictimaiyyətlə paylaşılacağı qeyd edilib.
İran mediası Qeşm adasında da partlayış səsləri eşitdiyini bildirib.
Hormozqan qubernatorluğu verdiyi açıqlamada Qeşm adasının ABŞ tərəfindən yerli vaxtla saat 19:00-da vurulduğunu bildirib.
Tahir TAĞIYEV