Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiya Federal Təhlükəsizlik Xidmətinə məxsus "İzumrud" sərhəd patrul gəmisinin məhv edildiyini açıqlayıb.
"Ukrayna dəniz qüvvələrinin şəxsi heyəti Novorossiysk yaxınlığında Sargan-3000 pilotsuz dəniz sistemindən istifadə edərək 2-ci dərəcəli sərhəd patrul gəmisini batırıb. Gəminin heyəti arasında ölən və yaralananlar var" – deyə Ukrayna Hərbi Dəniz Qüvvələri Facebook-da yaydığı açıqlamada bildirilir.
Hərbi Dəniz Qüvvələri bildirib ki, “İzumrud” 25 noyabr 2018-ci ildə Kerç boğazında Ukrayna Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücumda iştirak edib.
Sözügedən gəmi 2014-cü ildə suya salınıb. Gəmi helikopter göyərtəsi ilə təchiz olunub. Onun uzunluğu 62,5 metr, su tutumu təxminən 630-750 ton, maksimal sürəti isə 27 uzeldir.
Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı son doqquz gün ərzində PUA-larla 116 Rusiya gəmisinin vurulduğunu açıqlayıb.
Tahir TAĞIYEV