Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya ABŞ-ın İrana hücumlarını Vaşinqton və Tehran arasında imzalanmış və böhranın həllinə aparan memorandumun pozulması kimi qiymətləndirir.
"ABŞ-ın İrana zərbələrini memorandumun pozulması kimi qiymətləndiririk. Burada şərh ediləcək çox şey yoxdur; bu, faciədir. Çünki həm İrandakı mülki infrastruktur, həm də Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri əziyyət çəkir. Ən əsası isə bu, razılaşmaya gətirib çıxarmır, yuxarıda qeyd olunan memorandumun açdığı qapını bağlayır" – deyə Lavrov deyib.
Tahir TAĞIYEV