İran Hörmüz boğazının cənub dəhlizində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iki tankerini qanadlı raketlərlə hədəf alıb, nəticədə bir heyət üzvü ölüb, səkkiz nəfər yaralanıb.
BƏƏ-nin Müdafiə Nazirliyi Omanın ərazi sularında Hörmüz boğazının cənub dəhlizində BƏƏ-yə məxsus "Mombasa" və "Əl-Bahia" tankerlərinə raket hücumu edildiyini bildirib. Hücum nəticəsində "Mombasa" tankerinin bir hindistanlı ekipaj üzvü həlak olub, səkkiz nəfər yaralanıb, onlardan dördünün vəziyyəti ağırdır.
Yaralılardan altısının Hindistan, ikisinin isə Ukrayna vətəndaşı olduğu bildirilir.
Nazirliyin açıqlamasında hücumdan sonra gəmilərdə yanğınların baş verdiyi və maddi ziyana səbəb olduğu bildirilib.
Tahir TAĞIYEV