ABŞ Prezidenti Donald Tramp Newsmax-a verdiyi müsahibədə Respublikaçı Senator Lindsi Qrehemin səhhətindəki problemlər səbəbindən vəfat etdiyini açıqlayıb və senatorun atasının vəziyyətinə bənzər bir vəziyyətdən əziyyət çəkdiyini deyib.
ABŞ prezidenti ilə müsahibə zamanı aparıcı Lindsi Qrehemin Ukraynaya səfərindən sonra "xəstə göründüyünü" bildirib və Donald Trampdan Rusiyanın senatorun ölümündə iştirakından şübhələnib-şübhələnmədiyini soruşub. "Sui-qəsd nəzəriyyələri ilə bağlı suala cavab olaraq "bəli" demək istərdim, amma inanıram ki, onun səhhətində çox ciddi problemləri var idi. Və atası da təxminən eyni yaşda vəfat etdi", - Tramp deyib.
Qeyd edək ki, Lindsi Qrem 11 iyulda 71 yaşında vəfat edib. O, 2003-cü ildən bəri ABŞ Senatında Cənubi Karolinanı təmsil edir və 2025-ci ilin yanvar ayından etibarən Nümayəndələr Palatasının Yol və Vasitələr Komitəsinə sədrlik edir. Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Qrem Rusiyaya qarşı "cəhənnəm sanksiyalarının" tətbiq edilməsinin qızğın müdafiəçisi olub və onun “terrorizmin dövlət sponsoru” kimi tanınmasına çağırıb.
Moskva Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək üçün qanun layihəsinin əsas sponsorlarından biri olan senatoru 2024-cü ildə terrorçular və ekstremistlər siyahısına əlavə edib.
SAMİRƏ