İsrail müdafiə naziri İsrael Katz İsrail ordusunun yüksək vəzifəli komandirləri ilə Qəzzaya səfəri zamanı mübahisəli açıqlamalar verib.
Katz Qəzzada baş verən dağıntıları "xoş" gördüklərini bildirib və Qəzzanın şimalında torpaqları ələ keçirməklə daimi yəhudi varlığını yaratmaq niyyətini etiraf edib.
Hazırkı İsrail hökumətinə yaxın kanal olan Channel 14 News-un məlumatına görə, İsrail ordusunun komandirləri Katza bölgə haqqında məlumat təqdim edib və qeyd ediblər ki, İsrail ordusu Qəzza zolağının 65%-ni işğal edib.
Tur zamanı Katz Kanal 14-ə müsahibə verib. Qəzzanın viran qoyulmuş mənzərəsinə baxarkən nə hiss etdiyi soruşulduqda, o, İsrail ordusunun bölgəni işğal etdiyini və bütün evlərin dağıdıldığını vurğulayaraq "Qəzzada dağıntıları görmək xoşdur, elə deyilmi? Bu, təhdidləri aradan qaldırmağa yönəlmiş düşünülmüş siyasətin nəticəsidir" cavabını verib.
SAMİRƏ