Rusiya Müdafiə Nazirliyi 13 iyul 2026-cı il tarixli açıqlamasında xüsusi hərbi əməliyyatın davam etdiyini bildirib və cəbhədəki altı hücum qrupunun gündəlik fəaliyyəti barədə ətraflı məlumat paylaşıb.
Nazirliyin məlumatına görə, Sever, Zapad, Yujnaya, Tsentr, Vostok və Dnepr Qrupları Sumıdan Xersona qədər uzanan geniş cəbhə boyunca Ukrayna Silahlı Qüvvələrinin (SQQ) müxtəlif briqadalarına qarşı əməliyyatlar keçirilib.
"Vostok" Qüvvələri Qrupuna məxsus artilleriya bölmələri özüyeriyən haubitsadan istifadə edərək Zaporojye bölgəsindəki Ukrayna müdafiə zonasını vurub və 50-dən çox ukraynalı əsgəri öldürüb.
Nazirlik iddia edir ki, bu əməliyyatlar nəticəsində Ukrayna tərəfi ümumilikdə 1415-dən çox əsgərini (200+220+175+340+385+95) itirib.
Ukrayna Prezidenti Zelenski isə Rusiya ordusunun Odessa, Zaporojye və Xarkov şəhərlərində mülki infrastrukturu hədəf aldığını bildirib. Zelenski sosial media hesabında yazılı açıqlamasında Rusiyanın bu gecə Ukraynanın müxtəlif bölgələrinə endirdiyi hava hücumlarına münasibət bildirib.
Zelenski bildirib ki, Rusiya hücumlarında Odessada sərnişin avtobusları, Zaporojyedə yaşayış binaları və Xarkovda xəstəxana hədəfə alınıb və əlavə edib ki, ruslar bu gün yenə də tamamilə mülki obyektlərə hücumlar həyata keçiriblər.
Zelenski mesajında Rusiyanın müharibəni bitirmək istəmədiyini və Ukraynadakı mülki şəxslərə qarşı gündəlik hücumlar həyata keçirməyə davam etdiyini bildirib.
Zelenski bildirib ki, Rusiyadan mümkün təhdidlərə qarşı Avropa ölkələri ilə birgə hava hücumundan müdafiə sistemi qurmağı hədəfləyən "Freya" layihəsinin həyata keçirilməsi üzərində işləri davam etdirirlər və bu məsələ ilə bağlı tezliklə müzakirələr aparılacaq.
Ukrayna Dövlət Təcili Yardım Xidməti (DSNS) sosial media hesabında Rusiyanın hücumları nəticəsində Odessada dörd, Zaporojyedə isə altı nəfərin yaralandığını açıqlayıb.
Tahir TAĞIYEV