ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazına nəzarəti ələ keçirəcəklərini və boğazı qorumaq üçün pul alacaqlarını açıqlayıb.
"Biz Hörmüz boğazını ələ keçiririk. Bizim bir razılaşmamız var və İran onu pozub. Biz Hörmüz boğazının qoruyucuları olacağıq; boğazı qorumaq üçün bizə pul ödəniləcək" – deyə Tramp “Fox News”a verdiyi açıqlamada bildirib.
Xatırladaq ki, İran Hörmüz boğazından gəmilərin keçidi üçün tranzit haqqı müəyyənləşdirib və bunu tətbiq etmək niyyətindədir. ABŞ isə buna qarşı çıxır və bildirirlər ki, gəmilərin keçidi üçün heç bir haqq alınmamalıdır.
İndi aydın olur ki, ABŞ-ın özünün belə bir niyyəti var. Gəmiləri qorumaq adı ilə onlardan haqq almaq istəyirlər.
Tahir TAĞIYEV