Rusiyanın Ukraynaya hücumu zamanı Kopanka kəndinin cənub-şərqində vurulan pilotsuz uçuş aparatı Moldovanın hava məkanını keçib və partlayıb.
Moldova Xarici İşlər Nazirliyinin “Telegram” kanalında yayımlanan açıqlamada Ukraynanın Odessa bölgəsinə Rusiyanın hava hücumları zamanı Moldovanın hava məkanının “ciddi və qəbuledilməz pozulmasının” baş verdiyi bildirilib və bu insident pislənilib.
“Bu yeni hadisə Moldova Respublikasının hava məkanının ciddi və qəbuledilməz şəkildə pozulmasıdır, həmçinin Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsinin vətəndaşlarımızın və bütün regionun təhlükəsizliyinə birbaşa risklər yaratdığını bir daha təsdiqləyir” - deyə nazirlik bildirib.
Rusiya tərəfi Moldovanın bəyanatına münasibət bildirməyib.
ZÜMRÜD