Ukrayna iyulun 12-dən 13-nə keçən gecə Rusiyanın bir neçə bölgəsinə dron hücumları edib.
Dron hücumları ilə əlaqədar Moskvanın hava limanlarında uçuşlar dayandırılıb. Moskva meri Sergey Sobyanin şəhərə yaxınlaşan 11 dronun havada vurulduğunu bildirib.
Stavropol diyarı da dron hücumuna məruz qalıb. Vyazniki şəhərində neft anbarına hücum edilib və yanğın baş verib.
Tahir TAĞIYEV