İran ordusunun ABŞ-ın davam edən hücumlarına cavab olaraq bölgədəki "düşmən bazalarına" genişmiqyaslı raket və dronlarla genişmiqyaslı hücumlar təşkil etdiyi bildirilir.
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə Şeyx İsa bazasında olan ABŞ hərbi helikopterlərinin texniki xidmət və təmir mərkəzləri, P-8 elektron müharibə təyyarələri anqarı və hava bazasındakı pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzi, eləcə də İordaniyadakı Şahzadə Həsən hava bazasındakı böyük raket anbarları və yanacaq təsərrüfatları raketlər və pilotsuz uçuş aparatları ilə hədəfə alınıb. Bundan əlavə, Küveytin Əli əl-Salim şəhərindəki ABŞ bazasındakı yanacaq anbarları və Patriot hava hücumundan müdafiə sistemi, eləcə də Əhməd əl-Cabir hava bazasındakı strateji FPS radar sistemi də cavab hücumlarında hədəfə alındığını açıqlayıb.
Bundan başqa, SEPAH sistemlərini söndürərək Hörmüz boğazından icazəsiz keçməyə cəhd edən iki gəminin də saxlanıldığını açıqlayıb. Bildirilib ki, sözügedən gəmilər sistemlərini söndürərək İran tərəfindən təyin olunmuş marşrutdan kənarda Hörmüz boğazını keçməyə cəhd edib, lakin İnqilab Keşikçiləri Korpusu hər iki gəmini saxlayıb.
Bundan sonra ABŞ ordusu İranın cənub sahillərinə hücum edib və İran Silahlı Qüvvələri isə İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı raket və yanacaq anbarlarını raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə hədəf alaraq cavab verib.
İordaniya ordusu da İrandan atılan dörd raketin ölkənin hava məkanında zərərsizləşdirildiyini açıqlayıb.
Tahir TAĞIYEV