Rus Pravoslav Kilsəsinin Patriarxı Kirill və Lukoil şirkətinin təsisçisi Vahid Ələkbərov Avropa Birliyinin Rusiyaya qarşı 21-ci sanksiya paketi layihəsindən çıxarılıb.
Bir neçə AB dövlətinin diplomatları “European Pravda”ya bildiriblər ki, Patriarx Kirill və Ələkbərov Bolqarıstanın xahişi ilə 21-ci sanksiya paketi layihəsindən çıxarılıblar.
Həmçinin məlum oldu ki, sanksiyalar paketindəki ən problemli məsələlər artıq həll olunub, bir çoxu yumşaldılıb.
Rusiya döyüşçülərinin AB-yə girişinə qoyulan qadağa əhəmiyyətli dərəcədə daralacaq; treska, polok və müəyyən digər balıq növlərinin AB-yə idxalına təklif olunan qadağa paketdən tamamilə çıxarılacaq; həmçinin Rusiya mənşəli mayeləşdirilmiş qaza və əlaqəli tankerlərə ciddi məhdudiyyətlər qoyulması planları da həyata keçirilməyəcək.
Müsbət bir irəliləyiş üzv dövlətlərin Rusiya neftinin qiymət həddinin bir barel üçün 44,10 ABŞ dolları səviyyəsində müvəqqəti olaraq dondurulması zərurəti ilə bağlı prinsipial razılığa olub.
Tahir TAĞIYEV