ABŞ və İran arasında imzalanan anlaşma memorandumuna baxmayaraq, iki tərəf arasında gərginlik davam edir. ABŞ-la müvəqqəti atəşkəsin pozulmasından sonra İran birbaşa Körfəz ölkələrini və ABŞ-ın bölgədəki mövcudluğunu hədəf almağa başlayıb.
Küveytdəki strateji bir limandan bir neçə güclü partlayışlar eşidilib.
İran mediası Küveyt ərazisinə edilən hücumun təfərrüatlarını paylaşıb. İddialara görə, üç İran raketi Küveyti vurub. Tehran mediası Küveytdə yerləşdirilən Amerika HIMARS raket sistemlərinə də gözlənilməz zərbə endirilib.
Bundan əvvəl İran mənbələri Hörmüzqan əyalətindəki Qeşm adası yaxınlığında partlayış səsləri eşidildiyi barədə xəbərlər yayıb. ABŞ mediası isə Hörmüz boğazı yaxınlığında ABŞ ordusunun İran aktivlərinin hədəfə alındığını iddia edib.
"Axios" ABŞ rəsmilərinə istinadən bildirib ki, ABŞ ordusu İranın raket və hava hücumundan müdafiə sistemlərinə qarşı bir neçə hücum həyata keçirib və boğazın müxtəlif yerlərində İran İnqilab Keşikçiləri Korpusuna (SEPAH) məxsus kiçik sürət gəmilərini hədəf alıb.
Tahir TAĞIYEV