İran ABŞ-ın Buşehr Atom Elektrik Stansiyasına hücumu və radioaktiv materialların yayılması ilə bağlı sosial media xəbərlərini təkzib edib.
Buşehr vilayət qubernatorunun siyasi və təhlükəsizlik məsələləri üzrə müavini Fars xəbər agentliyinə bildirib ki, nüvə elektrik stansiyasına zərbə endirilməsi ilə bağlı xəbərlər yalandır.
"Stansiyanın tullantı saxlama məntəqəsində radioaktiv materialların buraxılması və nüvə çirklənməsi ilə bağlı xəbərlər qətiyyən doğru deyil", - deyə rəsmi bildirib.
Qeyd edək ki, daha əvvəl sosial mediada Buşehr Atom Elektrik Stansiyasının tullantı saxlama məntəqəsinə zərbə endirilməsi və mümkün radiasiya sızması ilə bağlı iddialar yayılıb. SAMİRƏ