ABŞ-ın İsraildəki səfiri Mayk Hakabi İsrailin ABŞ-ı, İranın prezident Trampı hədəf alan xüsusi sui-qəsd planı barədə xəbərdar etdiyini təsdiqləyib.
"İsrail kəşfiyyatı bu həftə bizə Prezident Trampa qarşı çox konkret sui-qəsd planının olduğunu bildirdi. Bu, son dərəcə ciddi bir məsələdir" - deyə səfir Hakabi bildirib.
Hakabi İranın həmişə eyni şüardan istifadə etdiyini qeyd edib: "İranlıların dedikləri və etdikləri 47 ildir etdikləri ilə heç bir fərqi yoxdur. Bu, onların uzun müddətdir istifadə etdikləri "Amerikaya ölüm" şüarıdır. Onlar, həqiqətən də, heç dəyişməyiblər".
Bu yaxınlarda ABŞ-ın "Wall Street Journal" (WSJ) nəşri Trampa qarşı sui-qəsd planı barədə məlumat vermiş və bu xəbərdarlığın ABŞ-ı İrana qarşı müharibəyə cəlb etmək məqsədi daşıya biləcəyini irəli sürmüşdü.
Tahir TAĞIYEV