Qətər, ölkənin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl Taninin vəfatından sonra dörd günlük matəm elan edib. Bu barədə “Khaleej Times” məlumat yayıb.
Bütün dövlət nazirlikləri, agentlikləri və müəssisələri 13 iyul bazar ertəsi günündən etibarən dörd gün bağlı olacaq. Matəm dövründə ölkə daxilində dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, Qətərin sabiq əmiri Şeyx Həməd bin Xəlifə Al Tani uzun müddət aldığı xəstəlikdən bu gün 74 yaşında vəfat edib.
1995-ci ildən 2013-cü ilə qədər Qətər Əmiri vəzifəsini icra edən Şeyx Həməd bin Xəlifə Al Tani 2013-cü ildə hakimiyyəti oğlu Şeyx Təmim bin Həməd Al Taniyə təhvil vermişdi.
Tahir TAĞIYEV