İranın cənubundakı Bəndər Abbas və Sirik şəhərlərində partlayışlar baş verib. Bu barədə Reuters İranın dövlət televiziya və radio şirkətinə istinadən xəbər verir.
Bəndər Abbasda üç, Sirikdə iki partlayış barədə xəbər verən agentlik, həmçinin, teleqram kanalında dərc olunan mesajında İranın cənubunda Assaluyeh, Konarek, Sirik və Chahbeharda da hücumlar baş verdiyini yazır.
SAMİRƏ