İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın İranla imzalanmış anlaşma memorandumunun şərtlərini pozduğunu bildirib və Vaşinqton administrasiyasına xəbərdarlıq edib.
Sosial media paylaşım edən Qalibaf ABŞ-a anlaşma memorandumunun 5-ci maddəsini xatırladıb. Maddədə "İran 60 gün ərzində Hörmüz boğazından təhlükəsiz keçid üçün lazımi tədbirləri görəcək" deyə qeyd olunur. ABŞ-ın anlaşma memorandumunun şərtlərini pozduğunu bildirən Qalibaf Vaşinqton administrasiyasını bu sözlərlə xəbərdar edib: "Birtərəfli razılaşmalar dövrü bitdi. Sizə demişdik. Sözünüzə əməl edin, əks halda bədəlini ödəyəcəksiniz".
Tahir TAĞIYEV