ABŞ həftə ərzində İrana üçüncü dəfə hücum edib. CENTCOM ABŞ qüvvələrinin yerüstü və dəniz qırıcı təyyarələrindən, pilotsuz uçuş aparatlarından (PUA) və dəniz qüvvələrindən atılan dəqiq idarə olunan sursatlarla təxminən 140 İran hərbi hədəfinə zərbə endirdiyini bildirib.
İran da buna cavab olaraq Bəhreyn, Qətər, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) ABŞ bazalarını hədəf alıb. Bəhreyndə siren həyəcan siqnalı verilib və BƏƏ hökuməti bildirib ki, "hava hücumundan müdafiə sistemlərimiz İrandan atılan raketlərə və dronlara cavab verir".
İran İnqilab Keşikçiləri Korpusu İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı komandanlıq və idarəetmə mərkəzinin və MQ-9 PUA anqarlarının məhv edildiyini elan edib.
Tahir TAĞIYEV