İran rəsmiləri ABŞ-a gizli şəkildə bildiriblər ki, Hörmüz boğazında mülki gəmilərə edilən son hücumlara "hakim sistemin yaramaz elementləri" səbəb olub.
Bu barədə Axios adları açıqlanmayan ABŞ rəsmilərinə istinadən xəbər verib.
Reuters isə ABŞ administrasiyasının anonim rəsmisinin "Onlar bizə dedilər ki, biz səhv etdik. Gəlin danışaq” sözlərini sitat gətirir.
Agentliyin xəbərinə görə, həmin mənbə bildirib ki, hazırda İranda praqmatistlər və sərt xətt tərəfdarları arasında hakimiyyət mübarizəsi gedir. "Onların sistemində razılaşmaq istəyən elementlər var, amma biz onların yerinə qərar verə bilmərik. Onlar vəziyyəti nəzarətə götürməlidirlər"- o deyib.
Hər iki nəşrin mənbələri vurğulayıb ki, ABŞ indi İrandan Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu və bundan sonra atəş açılmayacağını açıq şəkildə təsdiqləməsini tələb edir. "Ya onlar belə bir açıqlama verəcəklər, ya da nəticələri dəhşətli olacaq", - deyə bir rəsmi bildirib.
SAMİRƏ