İran televiziyasının bazar gününə keçən gecə verdiyi məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) digər ölkələrin oradakı vəziyyətə təsir göstərmək cəhdlərinə görə Hörmüz boğazını müvəqqəti olaraq bağlayır.
İİKK komandanlığı boğazın "əlavə xəbərdarlığa qədər" bağlanacağını deyib.
Eyni zamanda bildirib ki, bu yaxınlarda bir neçə gəmi İran tərəfindən təsdiq edilmiş dəhlizdən kənarda boğazdan keçməyə cəhd edib. İran hərbçiləri bu gəmilərdən birini saxlayaraq bunun naviqasiya üçün təhlükə yaratdığını bildiriblər.
Komandanlıq xəbərdarlıq edib ki, ABŞ Hörmüz boğazı ilə bağlı məsələlərə müdaxilə etmək cəhdlərini dayandırana qədər heç bir gəminin keçməsinə icazə verilməyəcək.
SAMİRƏ