Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi, Azov dənizində Rusiyanın “kölgə donanması”na aid 28 gəmiyə hücumu etdiklərini açıqlayıb.
Brovdi sosial media hesabında paylaşdığı açıqlamada Rusiyanın “kölgə donanması”na aid olduğu iddia edilən gəmilərə hücumlarını davam etdirdiklərini bildirib.
Komandan bu gecə Azov dənizində 21 tanker, 4 yedək gəmisi, 2 quru yük gəmisi və 1 "xüsusi dəniz gəmisi"ni hədəf aldıqlarını bildirib. Onun sözlərinə görə, son 6 gündə Rusiyaya aid ümumilikdə 76 gəmi vurulub.
Tahir TAĞIYEV