"Le Figaro" qəzetinin məlumatına görə, Parisdəki Eyfel qülləsinin şənbə və bazar günləri yerli vaxtla saat 00:45 əvəzinə saat 16:00-da bağlanmasına qərar verilib.
Səbəb kimi isə anomal dərəcədə yüksək temperaturun olması göstərilir.
Xəbərə görə, Fransa paytaxtının əsas muzeyləri də oxşar tədbirlər tətbiq edib. Luvr muzeyi bazar ertəsinə qədər saat 16:00-da, Orse muzeyi isə çərşənbə gününə qədər saat 17:00-da bağlanacaq.
SAMİRƏ