Türkiyədə CHP-nin rəhbərlik etdiyi bələdiyyələrə qarşı korrupsiya iddiaları ilə başladılan əməliyyatlar davam edir. Hüquq-mühafizə orqanları bu gün səhər saatlarında Çankaya Bələdiyyəsində də əməliyyat keçirib.
Bildirilir ki, bələdiyyə binasına gələn polislər müxtəlif şöbə və ofislərdə axtarışa başlayıblar.
Əməliyyat nəticəsində aralarında Çankaya bələdiyyəsinin sədri Hüseyin Can Günerin də olduğu 36 nəfər saxlanıb.
"Çankaya bələdiyyə başçısı Hüseyn Can Güner də daxil olmaqla, ümumilikdə 36 şübhəlinin cinayətkar təşkilat yaratmaq, cinayətkar təşkilata üzv olmaq, rüşvət almaq, rüşvət vermək və tenderləri saxtalaşdırmaq ittihamları ilə saxlanılması və ünvanlarında axtarış aparılaraq müsadirə edilməsinəgöstəriş verilib" – deyə Ankara Baş Prokurorluğunun əməliyyatla bağlı açıqlamasında bildirilir.
Tahir TAĞIYEV