Rusiya xarici işlər nazirinin müavini Nikolay Patruşev, illər əvvəl FSB və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “Əl-Qaidə” lideri Üsamə bin Ladeni məhv etmək üçün birgə əməliyyat planlaşdırdığını açıqlayıb.
Patruşev, Rusiya və ABŞ prezidentlərinin razılığı ilə hazırlanmış plan çərçivəsində FSB-nin hədəfin yerini müəyyənləşdirmək vəzifəsini uğurla yerinə yetirdiyini, lakin hücumu həyata keçirməli olan ABŞ-ın əməliyyatı son anda ləğv etdiyini iddia edib.
Ancaq Patruşev bu hadisənin nə vaxt baş verdiyinə dair konkret tarixi açıqlamayıb.
Rusiya rəsmisi, Bin Laden uzun müddət ABŞ kəşfiyyatı tərəfindən istifadə olunduğunu, Vaşinqtonun onu yalnız yükə çevrildikdən sonra aradan götürdüyünü irəli sürüb.
Bin Laden 2011-ci il mayın 2-də ABŞ xüsusi təyinatlı qüvvələrinin Pakistanın Abbottabad şəhərində keçirdiyi xüsusi əməliyyat zamanı öldürülüb.
Tahir TAĞIYEV