Ukrayna Baş Qərargah rəisi Aleksandr Sirski Rusiya prezidenti Putinin Kiyevi ələ keçirmək üçün orduya yeni hücum əməliyyatlarına başlamağı əmr etdiyini iddia edib.
Sirski iddia edib ki, Putin müharibədən çıxış yolu tapmaq üçün Kiyevi ələ keçirməyi hədəfləyib və rus komandirləri yeni hücum planları üzərində işləyirlər.
Onun sözlərinə görə, Putin iki fərqli ssenarini nəzərdən keçirir: Belarus ərazisindən paytaxta hücumlar və Bryansk bölgəsindən Çerniqov istiqamətində hücum.
Yeni hücum planı iddiası Putinin Ukraynanın enerji infrastrukturuna edilən hücumlar səbəbindən siyasi böhranla üzləşdiyi bir vaxta təsadüf edir.
Tahir TAĞIYEV