ABŞ-ın Suriyaya Livanda "bəzi məsələlərin” yerinə yetirilməsini üzərinə götürməsini təklif etdiyi, ancaq Dəməşqin hərbi müdaxiləyə qarşı çıxdığını əsas gətirərək təklifi rədd etdiyi ortaya çıxıb.
Bu barədə "Əl-Ərəbiyyə" televiziyasına açıqlama verən Suriya Prezident Administrasiyasının mətbuat müşaviri Əhməd Müvəffəq Zeydan Suriyanın Livanda hərbi müdaxilə əvəzinə inkişafa yönəlmiş siyasət yürütdüyünü və Livanın öz ərazisi üzərində suverenliyini tam dəstəklədiklərini bildirib.
Zeydan ABŞ-ın Suriyaya Livanla bağlı bəzi təkliflər verdiyini bildirib: "ABŞ Suriyaya Livanda bəzi vəzifələri yerinə yetirməyi üzərinə götürməsini təklif edib. Lakin Suriya hərbi müdaxiləni deyil, Livan dövlətinin öz ərazisi üzərində suverenlik qurmasını dəstəkləyir. Livan dövləti öz hakimiyyətini gücləndirməli və bütün torpaqları üzərində nəzarəti ələ almalıdır".
Tahir TAĞIYEV