ABŞ prezidenti Donald Tramp İranla yekun sülh razılaşması əldə etdiklərini açıqlayıb. İran bunu təsdiqləyərək, iki tərəfin anlaşma memorandumu üzərində razılığa gəldiyini və Livanın da atəşkəsə daxil olduğunu bildirib.
ABŞ-İran razılaşmasından sonra Təl-Əviv "Livanda əməliyyatları davam etdirəcəklərini" açıqlayıb. Razılaşma açıqlamalardan cəmi bir neçə saat sonra isə İsrail Livanı yenidən bombalamağa başlayıb. İsrail rəsmiləri dəfələrlə atəşkəsdən məmnun olmadıqlarını və İsrailin heç bir ərazidən geri çəkilməyəcəyini bildiriblər.
“Reuters” agentliyinə danışan Hizbullah rəsmisi isə, ABŞ-İran sazişinin elan edilməsindən sonra təşkilatın bütün fəaliyyətlərini dayandırdığını bildirib.
Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü Bekayi, Livanda müharibəyə son qoymasının ABŞ-la razılaşmanın pir parçası olduğunu bildirib. O, Livanın ərazi bütövlüyünə və suverenliyinə qeyd-şərtsiz hörmətin sazişin əsasını təşkil etdiyini bildirib və heç bir nüvə və ya regional razılaşmanın Livanın qurban verilərək əldə edilməyəcəyini qeyd edib.
İran XİN sözçüsü İsrailin hücumları ilə bağlı ABŞ-a xəbərdarlıq mesajı da göndərib: “İsrailin sazişin şərtlərinə əməl etməsini təmin etmək Amerikanın məsuliyyətidir. Əgər saziş yerinə yetirilməsə, onun icrasını dayandırmağı nəzərdən keçirəcəyik”.
Tahir TAĞIYEV