Zelenski Britaniya mətbuatına müsahibəsində rusiyalı iş adamı Roman Abramoviçin "Çelsi" futbol klubunun satışından əldə etdiyi və hazırda dondurulmuş vəziyyətdə olan 2,4 milyard funt sterlinqin bir hissəsinin hissəsinin hava müdafiəsini gücləndirmək üçün istifadə edilməsini təklif edib.
Məsələni Britaniyanın Baş naziri Starmerlə müzakirə etdiyini deyən Zelenski, sözügedən vəsaitin ABŞ-dan əlavə raketdən müdafiə sistemlərinin alınmasına yönəldilə biləcəyini əlavə edib.
Qeyd edək ki, "Çelsi"nin satışına sanksiyalar çərçivəsində icazə verilmişdi, lakin gəlirin Ukraynadakı münaqişədən zərər çəkənlərə bağışlanması şərti ilə. Hazırda vəsaitlərin taleyi ilə bağlı hüquqi mübahisə davam edir.
Tahir TAĞIYEV